Dünya

Putin və Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

30 Noyabr 2016 23:19
1 Şərh     Baxış: 2 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:19

Rusiya və Türkiyə liderləri bu gün telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə  humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.
 
Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.
 
Bundan başqa, iki ölkə lideri dekabrın 1-də keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.
 
Qeyd edək ki, bu, son günlər ərzində Ərdoğan və Putin arasında baş tutan üçüncü telefon danışığıdır. 

---------

22:01

Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, tərəflər Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər.
 
Söhbət zamanı yaxın gələcəkdə müxtəlif səviyyələrdə baş tutacaq ikitərəfli görüşlər, Türkiyənin Suriya münaqişə ilə bağlı mövqeyi müzakirə olunub.
 
Qeyd edək ki, Ərdoğan çıxışında bildirib ki, "Fərat qalxanı" əməliyyatının məqsədi Əsəd rejimini devirməkdir. Buna münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Ərdoğanın bəyanatının çox ciddi olduğunu və onun ötən bəyanatları ilə ziddiyyət təşkil etdiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.