Dünya

NATO baş katibindən Türkiyə açıqlaması

20 Noyabr 2016 15:11
0 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə ilə ittifaq Avropa və NATO üçün xüsusi əhəmiyyət daşıyır, ancaq Türkiyə daxilindəki siyasi vəziyyət bu ölkənin dünyadakı mövqeyini həssas edir". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında iştirak etmək üçün bu gün Türkiyəyə səfər edəcək Alyansın baş katibi Yens Stoltenberq bildirib.
 
Y. Stoltenberq deyib ki, Türkiyə vacib, ancaq həssas müttəfiqdir. NATO baş katibi  yerləşdiyi coğrafi məkanla əlaqədar Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizə və miqrasiya probleminin həlli istiqamətində böyük rol oynadığını vurğulayıb: "Ona görə də NATO-nun digər üzvlərinin Türkiyə ilə sıx əlaqədə işləməsi çox vacibdir. NATO Parlament Assambleyasının sessiyasında Türkiyədəki durumla bağlı açıq müzakirə aparılacağını gözləyirəm. Çünki NATO həm də demokratik müzakirələr üçün bir platformadır".
 
Qeyd edək ki, Türkiyədə iki gün səfərdə olacaq Y. Stoltenberq NATO PA-nın sessiyasında iştirak etməklə bərabər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu ölkənin müdafiə naziri Fikri İşıqla da görüşəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.