Dünya

Azərbaycanlı jurnalist Türkiyə radiosunda dj-lik edəcək

1 Fevral 2016 19:10
1 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış azərbaycanlı jurnalist Kəbutər Haqverdiyeva Türkiyə radiosunda veriliş aparacaq.

Milli.Az aznews.az-a istinadən bildirir ki, jurnalist "Yeşil Karadeniz" radiosunda "Azərbaycan saatı" proqramını aparmaq üçün dəvət alıb. Proqram Azərbaycan mədəniyyətinin Türk dünyasında daha yaxından tanıdılması üçün fəaliyyət göstərir. 

K.Haqverdiyeva məlumatı AzNews.az-a təsdiqləyib. Bildirib ki, fevral ayı radioda "Xocalı ayı" elan olunub. Məhz bu səbəbdən sözügedən verilişə dəvət alıb və ay ərzində radio vasitəsilə Xocalı həqiqətləri dünyaya çatdırılacaq.

Qeyd edək ki, K.Haqverdiyeva "Qar qan rəngiydi o gecə", "Cənnətdən sürgün" kitablarının müəllifi və eyni zamanda "hocalihaber.com" xəbər saytının rəhbəridir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.