Dünya

Boris Nemtsovun qətli ilə bağlı yeni məlumatlar

15 İyun 2015 11:33
0 Şərh     Baxış: 664

Siyasətçi Boris Nemtsovun qətlində əsas şübhəli şəxs Zaur Dadayev iddia edilən sui-qəsd cəhdi zamanı daxili qoşunların "Şimal" alayının fəaliyyətdə olan zabiti olub.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Kommersant" qəzeti xəbər verib.

Bu məlumat müxalifət liderinin qətli ilə bağlı tədqiqat işinin gedişatına ciddi təsir göstərə bilər. Belə ki, daha əvvəl daxili qoşunların mətbuat bürosu Z.Dadayevi DİN-in sabiq əməkdaşı olduğunu bildirmişdi. Onun B.Nemtsovun qətlindən öncə işdən qovulduğu güman edilirdi. Leytenant və təqsirli bilinən daha dörd nəfər işsiz hesab edilirdi, onların işi Moskva Şəhər Məhkəməsi tərəfindən araşdırılırdı. İndi tədqiqat ilə Hərbi Dairə Məhkəməsi məşğul ola bilər.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.