Dünya

Dünyanın ən varlı terror təşkilatları - REYTİNQ - FOTO

13 Noyabr 2014 21:31
2 Şərh     Baxış: 2 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nüfuzlu Forbes jurnalı "Dünyanın ən zəngin terror təşkilatları" reytinqini açıqlayıb.

Milli.Az bildirir ki, reytinqə İraq və Suriya ərazilərinin bir qismini ələ keçirmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması başçılıq edir.
 

İŞİD-in ildə təqribən 2 milyard dollar gəlir əldə etdiyi deyilir. İŞİD terrorçularının əsas gəlir mənbəyi neftdir. Terror qruplaşması sutkada 30 min barrel neft satır.
 

Reytinqdə 2-ci yeri Fələstindəki HƏMAS hərəkatı tutur.

Hərəkatın lideri Xalid Məşal dünyanın ən varlı müsəlmanlarından biridir.
 

Kolumbiyadakı "İnqilabçı Silahlı Qüvvələr" (FARC) 600 milyon dollarlıq varidatla reytinqdə 3-cü yerdədir.

Sonrakı yerlərdə "Hizbullah" (500 milyon dollar), "Taliban" (400 milyon dollar), "Əl Qaida" (150 milyon dollar), "İrlandiya Respublika Ordusu" (90 milyon dollar) var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.