Türkiyəli general: "Azərbaycan və Bakı üçün darıxmışam"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul millət vəkili, Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı, istefada olan general-polkovnik Engin Alanın APA-ya müsahibəsi"Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, ədalət yerini tapmalıdır"
- Azərbaycan ordusunun qurulması üçün önəmli işlər gördüyünüzü bilirik. Keçmiş hərbçi, indiki siyasətçi kimi düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi?
- Türkiyə də, Azərbaycan da mənim vətənimdir. Heç vaxt bu prinsipdən kənara çıxmamışam. İnşallah, ilk fürsətdə gedib o vətənimi ziyarət etmək, oradakı dostlarımla görüşmək istəyirəm. Allah Azərbaycanın yolunu, bəxtini açıq etsin. Allah Azərbaycanı ucaltsın. Allah Azərbaycan türkü ilə Türkiyə türkünu bir-birindən ayrı qoymasın. Bunları demək istəyirəm. Allah oraya getməyi qismət edərsə, ürək sözlərimi orada deyərəm. Bakı üçün çox darıxmışam. Azərbaycanın hər tərəfi üçün darıxmışam. Başda cəbhə bölgələri olmaqla, Azərbaycanın hər yerini gəzmişəm. İnşallah, ilk fürsətdə getmək istəyirəm. Mərhum prezident Heydər Əliyev Azərbaycan ordusunun qurulması üçün önəmli işlər gördü, biz də əlimizdən gələn köməyi etdik. Müdafiə naziri təyin olunması münasibətilə Zakir bəyi ürəkdən təbrik edirəm, onunla çox yaxın münasibətlərimiz olub.
- Bilirsiniz ki, son həftələrdə Ermənistanın yenidən Azərbaycana qarşı hücumları oldu, milli ordumuz da layiqli cavabı verdi...
- Bilirəm, bilirəm, yaxından izləyirəm. Qarabağ problemi önəmli məsələdir. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Tez zamanda Azərbaycanın işğal edilmiş torpaqlarının geri qayıtmasını diləyirik, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, ədalət yerini tapmalıdır. Mənim də, bütün Türkiyənin də arzusu budur.
- Azərbaycana nə vaxt getməyi planlaşdırırsınız?
- Dəqiq tarix yoxdur, ancaq, təbii ki, ən qısa müddətdə getmək istəyirəm. Azərbaycandakı bütün dostlarıma, qardaşlarıma ürək dolu salamlar, sayğılar, sevgilər göndərirəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Pezeşkian Rusiyaya gedəcək
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
XƏBƏR LENTİ
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Zığda yaşayış binasında yanğın oldu
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək





