Türkiyə və Yunanıstanda güclü zəlzələ: 1 nəfər ölüb, 300 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21:20
Egey dənizində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 6,5 olub. Zəlzələ nəticəsində xəsarət alanların sayı 300-ə yaxınlaşıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Məlumata görə, zəlzələ Türkiyənin bir çox bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar. Bəzi evlər qəzalı vəziyyətə düşüb.
Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Rəsmi məlumata görə, hələki zəlzələ zamanı ölüm faktı qeydə alınmayıb.
---------
18:26
Bu gün Türkiyədə baş verən zəlzələ 226 nəfərin yaralanmasına, 1 nəfərin isə həyəcandan ürək tutması nəticəsində həyatını itirməsinə səbəb olub.
APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, Çanaqqalanın Gökçeada rayonunda bir neçə evdə çat yaranıb, damlar çöküb.
Ən çox yaralı Çanaqqalada olub, burada 86 yaralı xəstəxanaya yerləşdirilib. 5 nəfər zəlzələ zamanı özlərini binalardan atması nəticəsində xəsarət alıb.
Həyəcandan ürək tutması nəticəsində ölüm faktı isə Tekirdağdada qeydə alınıb. Tekirdağda bir məscidin minarəsi dağılıb.
Qeyd edək ki, bu gün saat 14:26 radələrində Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çanaqqalanın Gökçeada rayonunun qərbində, Egey dənizində olub. Daha sonra maksimum 5,3 bal olmaqla, gücü 3 baldan böyük 13 ardıcıl təkan qeydə alınıb. Zəlzələ Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanaqqaladan Eskişəhərə qədər geniş bir ərazidə hiss edilib. Ədirnə və Çanaqqalada bəzi yaşayış məntəqələrində binalarda çatlar əmələ gəlib.
---------
16:32
Şənbə günü Egey dənizində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 6,5 olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Məlumata görə, zəlzələ Türkiyənin bir çox bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar.
Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
---------
15:39
Bu gün saat 14:26 radələrində Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib.
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Çanaqqalanın Gökçeada rayonunun qərbində, Egey dənizində olub.
Daha sonra 5,3 bal olmaqla, gücü 3 baldan böyük 13 ardıcıl yeraltı təkan qeydə alınıb.
Zəlzələ Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanaqqaladan Eskişəhərə qədər geniş bir ərazidə hiss edilib. Ədinə və Çanaqqalada bəzi yaşayış məntəqələrində binalarda çatlar yaranıb.
Zəlzələdən sonra bu ərazidəki yaşayış məntəqələrindəki insanlar küçələrə axışıblar. Sarıköydə özünü binadan yerə atmış 5 nəfər yaralanıb. Gökçeada da yaralananlar var.
İstanbul valisi Hüseyin Avni Mutlu İstanbulda yaşayış binalarına hər hansı ziyanın dəymədiyini açıqlayıb.
---------
14:58
Şənbə günü Yunanıstanda 7,2 maqnitudalı zəlzələ baş verib. Trend xəbər verir ki, bu barədə Reuters ABŞ Geoloji Xidmətinə istinadən məlumat yayıb.
Zəlzələ Aleksandrupolis şəhərindən 77 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı yerin 91 km dərinliyində yerləşib.
Milli.Az Haberler-ə istinadən bildirir ki, İstanbulun da bütün səmtlərində zəlzələ hiss edilib. Bildirilir ki, episentri on kilometr olan zəlzələ Gökçadada qeydə alınıb. Zəlzələdən sonra mobil telefonlarda problem yaranıb.
Kandilli rəsədxanasından verilən məlumata görə, zəlzələnin maqnitudası 6,5 bal olub.
Milli.Az
--------
16:49
Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.























---------
14:58
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
Foto və video: Haberler, Haberturk, Milliyet
DİGƏR XƏBƏRLƏR
-
İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
-
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Tokayevdən Putinə çağırış: Münaqişəni dondurun, İstanbul danışıqlarına qayıdın
-
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
XƏBƏR LENTİ
-
Dondurma yeyərkən dişlərimizin ağrımasının səbəbi açıqlandı
-
Sarı, yoxsa qırmızı moruq faydalıdır?
-
Bu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
-
Üç bürcün dönüş nöqtəsi: gələn həftə hər şeyi əldə edəcəklər
-
İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
-
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Ordumuzun giziri həlak oldu - (Foto)
-
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
-
Özcanın ailəsində yenə qalmaqal - Anası bacısını məhkəməyə verdi
-
Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var
-
Bu bürclər üçün sevgi və pul qapısı açıldı
-
"Arka Sokaklar" tarixə qovuşdu
-
Kadir İnanırın mirası ortaya çıxdı
-
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
-
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi
-
Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək
-
Qaxda bıçaqlanma
-
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
“Özü kəfən geyinib aramızdan köçdü, balasına yardım lazımdır“
-
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr





