Dünya

"Ayrılıq" mahnısının şairi ölüm ayağında

10 May 2014 18:05
0 Şərh     Baxış: 5 242

İran xəbər agentlikləri türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınan "Ayrılıq" əsərinin müəllifi, güneyli mahnı yazarı və şair Fərhad İbrahiminin bir neçə vaxtdır komada olduğunu bildirir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, 79 yaşlı azərbaycanlı şair doğma şəhəri Ərdəbilin İmam Xomeyni xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Fərhad (Rəcəb) İbrahimi "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəlifidir.

Azərbaycanlı musiqiçi mərhum Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi "Ayrılıq" mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra "Ayrılığ"ın şöhrəti İran və İran Azərbaycanı sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycanın deyil, türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınır.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlanmazdan öncə mahnı fərqli sözlərlə məşq edilmişdi:

...

İllərdir uzağam arxam elimdən

Bülbüləm, düşmüşəm ayrı gülümdən

Zor ilə ayırıb şirin dilimdən,

Ayrılıq, ayrılıq, yaman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq...

Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.