Türkiyədə müxalifət səslərin yenidən sayılmasını tələb edir - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Milliyyətçi Hərəkat Partiyası (MHP) 3 şəhərdə bələdiyyə seçkilərinin nəticələrinə rəsmi etirazını bildirib.
APA-nın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, MHP Yüksək Seçim Kuruluna müraciət edərək İğdır, Kastamonu və Kütahyada səslərin yenidən sayılmasını istəyib.
MHP-nin Kastamonu və Kütahyada AKP-yə, İğdırda isə kürd partiyası BDP-yə çox az fərqlə uduzduğu açıqlanıb.
---------
16:57
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Cumhuriyyət Xalq Partiyasının (CHP) İstanbul böyük şəhər bələdiyyə başqanlığına namizədi olan və 40% səs aldığı açıqlanan Mustafa Sarıgül səslərin yenidən sayılmasını tələb edib.
APA-nın xəbərinə görə, bu gün mətbuat konfransı keçirən M.Sarıgül seçki qutuları açıldıqdan bəri səslərin hesablanması prosesini yaxından izlədiklərini söyləyib: "Səslərimizin oğurlanması ehtimalı ilə əlaqədar İstanbulun hər rayonundakı və hər qutudakı hesablamaları diqqətlə araşdırırıq. İstanbuldakı nəticələri bütün seçicilərin qəbul edə bilməsi üçün səsləri yenidən saymaq lazımdır. İstanbulun bütün rayonlarında səslər yenidən sayılmalıdır".
M.Sarıgül bildirib ki, nəticə nə olursa olsun 30 mart seçkisi Türkiyənin demokratiya tarixinə ən ləkəli seçki kimi düşüb: "Kampaniyanın əvvəlindən etibarən demokratiya və etik qaydalara zidd hücumlarla qarşılaşdıq. Baş nazir telekanallara və qəzetlərə şəxsən zəng edərək mənə qarşı senzura tətbiq etdi. Yeganə əlaqə vasitəmiz olan sosial media qadağan olundu. Seçkidən 2 gün öncə insanlara guya namizədliyimi geri götürdüyüm haqda minlərlə yalan SMS atıldı. Belə bir anti-demokratik mühitdə seçkiyə getdik. Səslər sayılarkən bir çox məntəqədə işıqları kəsdilər. İqtidar qadağalar şəraitində keçirdiyi seçkini demokratiya kimi təqdim etmək istəyir. Vətəndaşlarımız ümidsiz olmasın. Türkiyə çarəsiz deyil. Önümüzdə çətin bir yol var. Mübarizəmiz davam edəcək".
CHP İstanbul təşkilatının rəhbəri Oğuz Kaan Salıcı isə bir çox məntəqədə real nəticələrlə elektron sistemə ötürülən məlumatlar arasında fərqlər aşkarladıqlarını açıqlayıb.
Qeyd edək ki CHP paytaxt Ankarada da səslərin yenidən sayılmasını tələb edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş





