Dünya

Gürcüstan Avropa Birliyinə "hə" deyəcək?

27 Noyabr 2013 11:56
0 Şərh     Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayya Pandjikidze: "Heç kəs Gürcüstana bu addımı atmağa maneçilik törədə bilməz"

Gürcüstan Avropa Birliyi ilə Əməkdaşlıq sazişinə razılıq verə bilər.

Anspress-in utro.ru saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze deyib. Onun sözlərinə görə, Vilnüsdə baş tutacaq Avropa Birliyi - Şərq Tərəfdaşlığı sammitində heç kəs Gürcüstana bu addımı atmağa maneçilik törədə bilməz.

"Bizim nümayəndə heyətimiz Vilnüsə gedəcək, ancaq son razılığın əldə edilməsi üçün hələ həll edilməmiş bir çox texniki məsələlər var".

Şərq Tərəfdaşlığı layihəsinə görə Avropa Birliyi ilə həm siyasi, həm də iqtisadi baxımdan yaxınlaşmaq üçün keçmiş sovet respublikalarından 6 ölkənin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus) adı hallanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.