Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onlar İraqa pənah aparırlar
9 Fevral 2013 23:42
0 Şərh
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İraqın şimalında, Suriya sərhədindən 400 km-dən çox məsafədəki Arbat qaçqın düşərgəsinə buzlu yağışlar yağır. Son 5 ayda lobya tarlasında yerləşdirilmiş bu qaşqın düşərgəsinə Suriyadan 500-dən çox qaçqın gəlib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, küçədə soyuqdan oynaya bilməyən uşaqlar yaxınlıqdakı qoyun fermasından atılan təzəyi yandıraraq, qızınmağa çalışır. Fuaz Akıl Suriyanın Deir Əs-zur şəhərindən olan kürddür. O, 10 nəfərdən ibarət ailəsi ilə birlikdə İraqın şimal bölgəsindəki yarı-muxtar kürd hökumətinin bağışladığı çadırda yaşayır. "Biz buraya istirahətə gəlməmişik. Biz əzab çəkirik. Bizim evi dağıtdılar, biz hər şeyimizi itirdik. Biz buraya Kürdüstan olduğu və bizim xalq olduğu üçün gəldik. Buna baxmayaraq biz əziyyət çəkirik. Biz bu çadırda şənlənmək üçün yaşamırıq. Bizim evimiz, maşınımız, traktorumuz belə var idi", - deyə, o bildirir.
BMT və digər yardım təşkilatları artıq Suriyadan İraqa qaçan 80 mindən çox qaçqına yardım çatdıra bilmir. Onlara çadırları, ayaq yollarını və ərzağı yerli hökumətlər və ya ayrı-ayrı yardım təşkilatları verir.
Fatimə Musa da kürddür. O, Hələbdəki evi raketlə dağıdıldıqdan sonra minlərlə kilometr məsafə qət edərək, bu düşərgəyə gəlib. "Biz Hələbi gecə yarısı tərk etdik. Biz əvvəlcə Hasakaya, oradan da İraq sərhədinə getdik. Qar yağırdı, mən oğlumu kürəyimdə daşıyırdım."
Yağış yağanda uşaqlar çadırların arasına girərək, islanmamağa çalışırlar.
Nə qədər ki, Suriyada böhran davam edir, bu insanlar İraqın soyuğunda əzab çəkməkdə davam edəcəklər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
XƏBƏR LENTİ
-
"Maaşımı verməsəniz, gedirəm!"
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
-
Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Dənizdə batan şəxs müstəntiq işləyirmiş
-
Temperatur 40 dərəcə qalxacaq - Proqnoz
-
Ermənistan güləşçiləri Bakıya gəldi
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti