ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb.
Milli.Az xəbər verir ki, bu açıqlama Trampın özünün "Truth Social" sosial şəbəkəsində yayımladığı paylaşımda yer alıb.
Prezident qeyd edib ki, ABŞ Venesuelaya irimiqyaslı əməliyyat həyata keçirib və lider ölkədən çıxarılıb. Əməliyyatın icrasında ABŞ-ın güc strukturları da iştirak edib.
Tramp həmçinin Mar-a-Laqo iqamətgahında bu gün mətbuat konfransı keçirəcəyini və əməliyyatın digər detalları barədə məlumat verəcəyini bildirib.
"Səhər saat 11-də mətbuat konfransı olacaq. Diqqətiniz üçün təşəkkür edirik!", - deyə o paylaşımında qeyd edib.
Milli.Az





