Parisdə azərbaycanlı ailənin 2 uşağı əllərindən alındı - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris hava limanında baş verib.
"Qafqazinfo" məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.
Valideynlər saytımıza bildirib ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.
Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib: "İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu. Təxminən 1 ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm. Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.
Hamısı yalandır. Bu necə ola bilər? Biz uşaqlarımıza çox yaxşı baxırıq. Onlara niyə əzab verək? Nə isə bu şikayətlərdən sonra "Jugendamt" (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) işə qarışdı. Əvvəlcə məni xəstəxanadan çıxmağa belə qoymurdular. Sonradan uşağa nəzarət üçün evimizə türk müəllim yolladılar. Həmin qadın da bizimlə yola getmədi. Hər dəfə bir bəhanə gətirirdi ki, uşağa belə baxın, elə baxın. Nəhayət uşaqları götürüb, birdəfəlik vətənə qayıtmağa qərar verdik. Parisə çatanda da başımıza bu iş gəldi".
Artıq 3 gündür uşaqlarından ayrı düşdüyünü bildirən ailə övladlarının hazırda sığınacaqda olduğunu qeyd edir.
Valideynlər məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat veriblər: "Səfirliyin nümayəndəsi dedi ki, Almaniya uşaqların Avropadan çıxışınaa qadağa qoyub. Məsələ ilə məşğul olurlar. Yaxın günlərdə uşaqların Avropadan çıxışına qoyulan qadağanın götürülməsi tələbi ilə məhkəmə keçiriləcək".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mançini milliyə qayıtdı
-
DİM qəbul imtahanlarının nəticələrini açıqladı
-
"Apple" yenidən birinci oldu
-
"Visa" 2600 əməkdaşını işdən çıxarır
-
Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü Bakıda uğurla başa vurdu - (Foto)
-
İsti havalarda necə qidalanaq?
-
Ərdoğandan "Ahbap" qalmaqalına ilk reaksiya
-
Rəqsanə tanınmaz halda
-
Ağdam, Füzuli, Cəbrayılda açıq ərazilərdə yanğınlar baş verdi
-
Maradona və Pelenin illər öncəki unudulmaz görüşü yenidən gündəm oldu - (Video)
-
Bakıda piyada maşının altına uzandı - (Video)
-
Güləşçimiz erməni rəqibini məğlub edib yarımfinala yüksəldi
-
Seda Sayan Haluk Leventdən danışdı: "Onu əvvəldən tanıyırdım"
-
Sertifikatlaşdırma imtahanında texniki səhvlər aşkarlandı
-
Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış
-
Nanə efirə qayıdır
-
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
-
İranda iki nəfər edam edildi
-
Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb
-
İranın Ukraynaya raket zərbəsi endirəcəyi iddia olunur
-
Millimiz Çexiya oyunu öncəsi vacib qələbə qazandı
-
"Çıxarışımız var, amma işləyə bilmirik"
-
La Liqa prezidenti Canni İnfantinoya müraciət edib
-
"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ





