Dünya

"Əsrin fırtınası" gəlir - Bu ölkəni bürüyəcək

16 İyul 2025 15:00
Baxış: 1 006
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də baş verən fırtınalar getdikcə daha ölümcül və dağıdıcı xarakter alır. Alimlər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə ölkə "əsrin fırtınası" adlandırılan güclü təbii fəlakətlə qarşılaşa bilər.

Milli.Az xəbər verir ki, CNN-in məlumatına görə, 1940-2025-ci illər arasında ABŞ-in şimal-şərq bölgəsində qeydə alınan fırtınalar araşdırılıb. Tarixi məlumatlar və siklon izləmə alqoritmləri vasitəsilə aparılan analiz nəticəsində ümumilikdə 900 fırtına hadisəsi təhlil olunub.

Tədqiqatçılar küləklərin maksimal sürətində təxminən 6% artım müşahidə edildiyini bildiriblər. Pensilvaniya Universitetindən iqlimoloq Maykl Mann qeyd edir ki, bu artım fırtınaların dağıdıcı gücünü 20% artırır və nəticədə daha geniş ərazilərdə ciddi dağıntılara səbəb ola bilər.

Bundan əlavə, dəyişən hava şəraiti əvvəlki göstəricilərlə müqayisədə 10% daha çox yağıntı gətirə bilər. Bu isə ABŞ-də artıq müşahidə olunan daşqın risklərinin daha da yüksəlməsi deməkdir.

Alimlər bildirirlər ki, indiyədək baş verən ən güclü fırtına - əvvəlki "əsrin fırtınası" 1993-cü ilin mart ayında qeydə alınıb. Həmin vaxt küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saat) çatıb və nəticədə 200 nəfər həyatını itirib.

İqlim mütəxəssisləri iqlim dəyişikliyinə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar. Əks halda, bu cür ekstremal hava hadisələrinin tezliyi və şiddəti artmaqda davam edəcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.