ABŞ-də "vətəndaş müharibəsi" - Küçəyə çıxmaq qadağan edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Los-Ancelesdə küçəyə çıxmaq qadağan edilib.
Milli.Az xəbər verir ki, "Əgər şəhər mərkəzində yaşamırsınızsa və ya burada işləmirsinizsə, bu ərazidən uzaq durun" - deyə Los-Anceles şəhərinin meri Karen Bass xəbərdarlıq edib.
ABŞ-ın Kaliforniya ştatına bağlı Los-Anceles şəhərində qanunsuz miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyalarında baş verən qarışıqlıqlardan sonra şəhərin meri Karen Bass mərkəzi hissədə küçəyə çıxmaq qadağası elan etdiyini açıqlayıb.
Verilən məlumata görə, qadağa yerli vaxtla saat 20:00-dan başlayacaq və səhər 06:00-dək qüvvədə olacaq. Tədbir şəhərin mərkəzində yerləşən təxminən 2 kilometrlik ərazini əhatə edəcək.
Karen Bass sosial şəbəkə üzərindən paylaşdığı açıqlamada bildirib ki, qadağanı pozan şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq və barələrində cinayət işi açılacaq. "Los Ancelesin şəhər mərkəzindəki vəziyyəti diqqətlə izləyirəm və ictimai təhlükəsizliyi qorumaq üçün yeni addımlar atmağa hazırlaşıram. Yaranmış xaosdan yararlanmaq istəyən şəxslərə imkan verməmək üçün bu gecə saat 20:00-dan etibarən şəhər mərkəzində küçəyə çıxmaq qadağası tətbiq etdim", - deyə Bass bildirib.
Qeyd edək ki, bu qərar, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi (ICE) tərəfindən saxlanılan qanunsuz miqrantlara dəstək üçün keçirilən aksiyalar zamanı baş verən hadisələrdən sonra verilib. Etirazlar zamanı onlarla şəxs saxlanılıb, polis ilə nümayişçilər arasında toqquşmalar yaşanıb, bəzi avtomobillər nümayişçilər tərəfindən yandırılıb.
Həmçinin, Manhettenin aşağı hissəsində keçirilən kütləvi anti-ICE (ABŞ Miqrasiya və Gömrük Mühafizəsi) etirazı nəzarətdən çıxıb, küçələrə axışan, əlində plakat tutub qışqıran etirazçılarla polis arasında toqquşmalar yaşanıb, bəzi şəxslər polisə müxtəlif əşyalar atıb.
Minlərlə hiddətli Nyu-York sakini Foley Meydanının və Şəhər Şurasının yaxınlığında toplaşaraq həm şəhərdə, həm də ölkə üzrə davam edən deportasiyalara etiraz edib. Etiraz aksiyası zamanı azı 65 nəfərin saxlanıldığı bildirilib.
ABŞ Prezidenti Donald Tramp isə vəziyyətə sərt reaksiya verərək əvvəlcə 2000 nəfərlik Milli Qvardiya heyətini bölgəyə göndərdiyini, daha sonra əlavə olaraq 2000 qvardiyaçı və 700 dəniz piyadasının da yerləşdirildiyini açıqlayıb.
İslam
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var - Yenilənib
-
Tramp: İran daha güclü zərbəyə məruz qalacaq
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
-
Putin: Ermənistanın Aİ arzusu qanunidir, ancaq Aİİ-dən ayrılması demək olacaq
-
CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
XƏBƏR LENTİ
-
Bakının 2 rayonunda işıq olmayacaq
-
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
-
ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var - Yenilənib
-
Günün qoroskopu: Xərcləri tənzimləmək üçün əla gündür
-
71 yaşlı kilşi 28 yaşlı oğlunu bıçaqladı - (Video)
-
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
-
Tramp: İran daha güclü zərbəyə məruz qalacaq
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Röyanın keçmiş qaynatası həbsdən çıxdı - Görüntüləri yayıldı
-
"Sabah" braziliyalı futbolçu transfer etdi
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
-
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq
-
BMT çıxılmaz vəziyyətdədir, Prezident İlham Əliyev çıxış yolu təklif edir: Dünya niyə yenidən islahatdan danışdı?
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
-
Putin: Ermənistanın Aİ arzusu qanunidir, ancaq Aİİ-dən ayrılması demək olacaq
-
Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb - (Video)
-
(SABAH) ŞƏT-in Bişkek Sammiti qlobal güc dəyişikliyinin mühüm göstəricisidir - Mehmet Yüce
-
"Qızıl Top" reytinqi və əsas favorit açıqlandı
-
CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
-
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
-
Qabriel Jezus “Barselona”da
-
Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı
-
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - (Foto/Video)





