Əməliyyatda ölən xəstə 3 saat sonra dirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə nadir tibbi əməliyyatla həyata qaytarılan xəstə gündəm olub.2 ay əvvəl qəfil ürək və bel ağrısı ilə xəstəxanaya müraciət edən Mustafa Şahin adlı pasiyent bütün aortasında cırılma (diseksiyası) aşkarlanıb. Bu vəziyyət adətən ölümcül hesab olunur, lakin xəstə nadir "fil gövdəsi" texnikası ilə həyata qaytarılıb.
Milli.Az xəbər verir ki, əməliyyat zamanı xəstənin bədənində qan dövranı tamamilə dayandırılıb. Bu müddət ərzində yalnız beynə qan getməsi təmin olunub və bədən 22 dərəcəyə qədər soyudulub. Əməliyyatın ən kritik 100 dəqiqəsində Mustafa Şahin "müvəqqəti olaraq ölü vəziyyətdə" saxlanılıb.
Prof. Dr. Erdilin sözlərinə görə, aorta diseksiyası diaqnozu çox zaman infarktla qarışdırılır və gec qoyulan diaqnoz ölümcül nəticələrə gətirib çıxara bilər. "Bu xəstələrin 25 faizi xəstəxanaya çatmadan həyatını itirir", - deyə o bildirib. Bu səbəbdən belə əlamətlərlə gələn xəstələrin vaxtında və düzgün mərkəzə yönləndirilməsi həyati əhəmiyyət daşıyır.
Əməliyyatda iştirak edən digər cərrahlar da bu hadisəni peşə tarixlərində nadir rast gəlinən bir uğur kimi qiymətləndiriblər. Op. Dr. Şahin Kapan "fil gövdəsi" texnikasını kitabdan oxusa da, ilk dəfə real həyatda tətbiq etdiyini deyib. Prof. Dr. Mehmet Özcan isə bildirib: "Normalda 30 dəqiqə qan dövranı dayanması mümkün sayılır. Bu xəstədə 100 dəqiqəlik müddət tətbiq etdik və o, heç bir nevroloji əlamət olmadan sağaldı".
7 saat davam edən əməliyyatın sonunda xəstə nevroloji və orqanik heç bir problem olmadan evə buraxılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
XƏBƏR LENTİ
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı





