Almaniya 34 milyon avro cərimə ödəməli olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniya hökuməti Avropa İttifaqının (Aİ) bir direktivini vaxtında həyata keçirmədiyi üçün 34 milyon avro cərimə ödəməli olacaq.
Trend xəbər verir ki, bu barədə Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi qərar qəbul edib.
Aİ-yə üzv olan 27 ölkə 2021-ci ilə qədər informatorların (whistleblower) qorunmasına dair yeni qaydaları milli qanunvericiliklərinə daxil etməli idi. Almaniyada bu məsələ ilə bağlı Bundestaq və Əyalət Nümayəndələri Şurası (Bundesrat) arasında fikir ayrılığı yarandığı üçün qaydalar yalnız iki il gecikmə ilə qüvvəyə minmiş və bu, ciddi maliyyə nəticələrinə gətirib çıxarmışdı.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyanenin şikayəti əsasında məsələyə baxan Avropa Ədalət Məhkəməsi Almaniya da daxil olmaqla beş ölkəyə cərimə təyin edib. Almaniyadan əlavə, Lüksemburq, Çexiya, Macarıstan və Estoniya da cərimələnib. Lakin onların ödəməli olduğu məbləğlər 375 min avrodan 2,3 milyon avroya qədər dəyişir. Polşaya qarşı isə artıq 2024-cü ilin aprelində sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, Aİ 2019-cu ildə feysbuk məlumat sızması və "Panama sənədləri" kimi qalmaqalların informatorlar sayəsində üzə çıxacağını nəzərə alaraq, onların məlumat ötürməsini təhlükəsiz şəkildə təmin edən qaydalar qəbul etmişdi. Qaydalara əsasən, üzv dövlətlər 2021-ci ilə qədər korrupsiya, çirkli pulların yuyulması və vergi qanun pozuntuları barədə məxfi məlumat vermək üçün müvafiq şərait yaratmalı idilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkə parçalana bilər
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
XƏBƏR LENTİ
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır





