"Zelenski ömürlük postunda qalmağı planlaşdırmır".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya "Quarta Repubblica"ya müsahibəsində deyib.
O vurğulayıb ki, Zelenskinin qarşısına qoyduğu əsas vəzifə ölkənin təhlükəsizliyidir:
"Bunu mənimlə müzakirə etməyib. Bilirəm ki, o, ömürlük prezident olmağı planlaşdırmır. Onun qarşısına qoyduğu əsas vəzifə Ukraynanın təhlükəsizliyini təmin etmək idi. Ukraynada təhlükəsizlik təminatları, nə olursa olsun, olmalıdır ki, o, öz postunu rahat tərk edə bilsin. Əgər NATO-ya üzvlük təhlükəsizliyin təminatıdırsa, düşünürəm ki, o, bunu edə bilər. Niyə də olmasın?".
Milli.Az