Dünya

Əlcəzair Fransa ilə əlaqələri kəsdi

27 Fevral 2025 08:00
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlcəzair Xalq Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransanın Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Algerie360" məlumat yayıb.

Bildirilib ki, qərar bu həftə Fransa Senatının sədri Jerar Larşenin Mərakeş iqtidarının nəzarətində olan Sahara şəhəri Əl-Ayuna səfərinə cavab olaraq qəbul edilib.

"Əlcəzair onilliklər boyu Sahara xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərindəki nəzarətini işğal kimi qiymətləndirərək rədd edir", - məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin iyul ayında Əlcəzair hökuməti Fransadakı səfirini geri çağırmağa qərar verib. Qərar Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra qəbul edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.