Trampa ilk zərbə: Mask ABŞ-nin əzəli “düşməni” ilə RAZILAŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Trampın yeni administrasiyada formalaşdırdığı komandanın tərkibi ölkədə müzakirələrə səbəb olub.
Xüsusilə seçki kampaniyası müddətində Trampa ən çox dəstək verən milyarder İlon Maskın yeni hökumətdəki rolu birmənalı qarşılanmayıb. Onun vacib vəzifələrə təyinat prosesinə, eyni zamanda veriləcək qərarların məzmununa müdaxilə etməyə çalışdığı bildirilir.
Həmçinin İlon Maskın Trampın qalibiyyətindən sonra bir neçə ölkənin hökumətlərini tənqid atəşinə tutması və "X" platformasına hədəfə alması da narazılıq doğurub.
Maskın məqsədi nədir? Onun fəaliyyəti hansı istiqamətdə davam edəcək?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, yeni prezidentin komandasında çalışacaq şəxslər cəmiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilib:
"Şübhəsiz ki, ən çox müzakirə edilən də dünyanın ən zəngin adamı statusunda olan İlon Maskdır.
Tramp Maskı sözünə sadiq qalaraq Hökumətin Səmərəliliyinin Artırılması üzrə Federal Agentliyin rəhbəri təyin edib. Kifayət qədər gücü və nüfuzu olan milyarderin Trampın tabeliyində çox da yüksək olmayan bir vəzifədə işləməyə razılıq verməsi bir qədər müəmmalıdır və bəzi sualları meydana çıxarır. İlk növbədə milyarderin yeni nazirlərin təyinatı məsələsinə etdiyi kobud müdaxilələr komandada yüksək vəzifə tutan digər şəxslərin ciddi narazılığına səbəb olub.
Məsələn, yeni prezident ədliyyə və ticarət nazirlərini müəyyən edərkən Mask bu prosesə kobud şəkildə müdaxilə edib. O, açıq şəkildə özünü vitse - prezident kimi aparır və tamamilə təşəbbüsü əlinə almaq istəyir".
Politoloqun sözlərinə görə, Trampla Mask arasında Çin məsələsinə görə ciddi fikir ayrılıqları mövcuddur:
"Bir tərəfdən Tramp Çindən idxal olunan mallara 60% rüsumun tətbiqini təklif edir, digər tərəfdən isə Mask özü bu ölkədə yeni müəssisələr açır. Hazırda Şanxay şəhərində "Tesla"nın giqafabriki yerləşir. Milyarder aprelin sonunda Çinin Baş naziri Li Tsyan ilə görüşdə bu ölkədəki zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandırıb. O bildirib ki, "Tesla" qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu isə ciddi problem deməkdir".
Z.Əmrəliyev Donald Trampın Pekinə qarşı sərt siyasətinin Maskda ciddi narazılıq yaradacağını qeyd edib:
"Xarici siyasət məsələsində yeni Dövlət katibi Marko Robio ilə milyarderin toqquşması gözləniləndir. Robio Çinə qarşı sərt xəttin tərəfdarıdır və onun Dövlət Departamentinin rəhbəri təyin edilməsində bu amil xüsusi rol oynayıb. Şübhəsiz ki, Maskın istədiyi Trampın siyasi xəttini özünün biznes maraqlarına uyğunlaşdırmaqdır. Ancaq kifayət qədər iddialı və populist siyasətçi olan, sərhədlər tanımayan Trampın onun üstünlüyünü qəbul edəcəyi gözlənilən deyil.
4 il siyasi həyat üçün çox böyük olmasa da, bu müddət ərzində Tramp-Mask ittifaqının sabit qalacağı şübhəlidir. Bir çox amillər göstərir ki, milyarderlə prezidentin müttəfiqliyinin ömrü uzağı Çinə qədər olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





