Suriyanın yeni liderindən ÇAĞIRIŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriyanın yeni lideri Əhməd Əş-Şaraa ilk dəfə beynəlxalq toplantıya qatılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global"ın dərc etdiyi videosüjetdə bəhs edilir.
"Haber Global"ın əməkdaşları bununla bağlı müzakirələr zamanı toplantının Suriya üçün əhəmiyyətindən və gətirə biləcəyi nəticələrdən danışıblar.
Bildirilib ki, bu toplantı və xüsusilə də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması Suriyanın yeni hökuməti üçün olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, Suriyadakı yeni dövrdə ərəb ölkələrindən gələn dəstək də zəruridir.
"Bu prosesin ərəb coğrafiyası daxilində həmrəylik olmadan tamamlanması mümkün deyil, ona görə də bu istiqamətdə də addım atılması labüd idi. Təbii ki, təkcə ərəb ölkələrinin deyil, Türkiyə, Avropa İttifaqı ölkələri və ümumilikdə 17 ölkənin iştirak etdiyi toplantı Suriya üçün dönüş nöqtəsi xarakteri daşıyırdı", - deyə materialda bildirilib.
Qeyd edək ki, toplantıda həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib və Suriyada həyata keçirilən infrastruktur işlərində Türkiyənin əsas rol oynayacağını nəzərə çatdırıb. Həmçinin sanksiyaların yüngülləşdirilməsi və ləğvi ilə bağlı digər ölkələrə qarşı həyata keçiriləcək səylərdə də Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu ifadə edib.
Əhməd Əş-Şaraa "YouTube"da bir platformaya verdiyi reportajda ölkədən kənardakı suriyalı qaçqınların tezliklə ölkələrinə qayıtmasından danışıb və Ər-Riyaddakı toplantıda bu məsələ də müzakirə mövzusu olub.
"İki il ərzində 14 milyon suriyalının evlərinə qayıdacağından əminəm, çünki bizdə artıq sosial sülh hökm sürür", - deyə Əş-Şaraa bildirib.
O, həmçinin sülh içində yaşayan bir cəmiyyət, ədalətli fəaliyyət göstərən qurumlar yaratmaq istədiklərini də vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir





