Dünya

6 milyarda yaxın insan təhlükə ilə üz- üzə - Daşqın, virus, su qıtlığı...

14 Yanvar 2025 07:28
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5.6 milyard insanın həyatına ciddi təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, bu proqnozu Norveçin CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin alimləri açıqlayıb.

Son illərdə qlobal istiləşmə daha çox daşqınlar və quraqlıqlara səbəb olmaqla yanaşı, infeksiyaların sürətlə yayılmasını artırır və su, qida qıtlığı yaradır.

"Müvafiq tədbirlər görülmədiyi təqdirdə, mənfi nəticələr daha da ağırlaşacaq," - deyə tədqiqat müəllifləri xəbərdarlıq edirlər.

Alimlərin fikrincə, karbon qazı emissiyalarının artması ilə iqlim dəyişikliyi planetin üçdə bir əhalisini təsirləndirəcək. Təhlükəyə məruz qalacaq ərazilər arasında Aralıq dənizi, Şimali-Qərbi və Cənubi Amerika, Şərqi Asiya və Rusiyanın Arktika bölgələri var.

Hətta ən nikbin proqnozlara əsasən, bu təsir dünya əhalisinin ən azı 20%-ni əhatə edəcək. Bununla yanaşı, iqlim dəyişikliyi bitkilər və heyvanlar aləminə də ziyan vuracaq, bir çox növün nəsli kəsilə bilər ki, bu da insanlıq üçün ciddi nəticələr doğuracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.