"La Gazette du Caucase" Makronun riyakarlığını ifşa edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüququn qorunması ilə bağlı bəyanatı getdikcə farsa çevrilir. Fransız prezident tez-tez qlobal ədalətə olan sədaqətindən dəm vursa da, onun hərəkətləri və bəyanatlarında açıq-aydın ikili standartlar özünü büruzə verir.
Milli.Az-ın Trend-ə istinadən xəbərinə görə, Fransanın "La Gazette du Caucase" onlayn nəşrində dərc olunmuş məqalədə qeyd olunur ki, Makronun ritorikası, ələlxüsus da Azərbaycanla bağlı bəyanatları - öz mövqeyini sarsıdan narahatedici faktları görməzdən gəlməklə, beynəlxalq arenada əxlaqi lider obrazı yaratmaq cəhdidir.
"Makron dünya liderlərinə qarşı təkəbbürlü davranışları ilə məşhurdur. Onun 2017-ci ildə "Burkina-Faso prezidenti kondisoner təmir etməyə gedib" replikası, Makronun Afrika ölkələrinə qarşı himayədar münasibətinin bariz nümunəsidir. Hərçənd onun məhz Azərbaycana olan münasibəti fransalı prezidentin riyakarlığının dərinliklərini açıq-aydın şəkildə faş edir", - nəşr yazır.
"La Gazette du Caucase"in yazdığına görə, Makronun Azərbaycandakı erməni separatçılara qeyd-şərtsiz dəstək göstərməsi onun yürütdüyü xarici siyasətin məntiqi ilə bağlı bir sıra suallar doğurur. Ermənistana Fransa, Rusiya və İran kimi geosiyasi rəqiblər dəstək olduğundan, bu Makronun addımlarının ardıcıllığını şübhə altına alır.
Məqalə onun yanaşmasını tənqid edərək, onun Parisin "düşmən saydığı" ölkələrlə müttəfiq olan Ermənistana dəstək göstərməsini uyğunsuz hesab edir.
Bu arada, Makron öz təniqdlərini Azərbaycana, ələlxüsus da Fransanın dənizaşırı əraziləri ilə bağlı məsələyə təmərküzləşdirib. Onun bəyanatları rikayar olmaqdan savayı, beynəlxalq hüquqda real vəziyyətdən tamamilə uzaqdır. Makron Azərbaycanı, Yeni Kaledoniya kimi Fransanın ərazilərinə "qarışmaqda" ittiham edir, lakin eyni zamanda, Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququn daha ciddi pozuntularını görməzdən gəlir.
Azərbaycan uzun illər Ermənistan tərəfininin amansız təcavüzünə məruz qalıb. Söhbət etnik təmizləmələrdən, kütləvi qətllərdən və digər ciddi insan haqları pozuntularından gedir. "La Gazette du Caucase" qeyd edir ki, 1987-ci ildən bəri bir milyondan çox azərbaycanlı öz evlərini tərk etməyə məcbur qalıb. Hərçənd Makron hökuməti heç zaman Ermənistan tərəfinin bu addımlarını pisləməyib. Bunun əvəzinə Makron Ermənistana dəstək yolunu seçərək, azərbaycanlıların gerçək iztirablarına göz yumub.
Azərbaycan tərəfinin (Xarici İşlər Nazirliyinin) Makronun ritorikasına cavabında hər şey açıq-aydındır: özünü beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri pisləmir. Azərbaycanın hərbi əməliyyatları isə beynəlxalq hüquqla tam şəkildə əsaslandırılıb, çünki bu əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə yönəlib. "La Gazette du Caucase" haqlı olaraq qeyd edir ki, Makronun bu faktları qəbul etməməsi onun ikiüzlülüyünü və siyasi gündəliyinə uyğun gəlməyən real ədalətsizliklərə göz yummasını üzə çıxarır.
Bundan savayı, Makronun Mayotta kimi Fransa ərazilərinin işlərinə qarışmasının narahatedici mövzulardan qaçmasının daha bir bariz nümunəsidir. BMT bu ərazilərin öz müqəddəratlarını həll etmək hüquqlarının olmalı olduğunu bildirsə də, Fransa hələ də yerli sakinlərə öz iradəsini yeritməyə davam edir. Azərbaycanı ittiham edən Makron fransız ərazilərində mövcud olan real problemlərdən diqqəti yayındırmağa və öz hakimiyyətindəki iflaslara görə məsuliyyətdən yayınmağa çalışır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





