Qəddafi hansı prezidentə çamadanlarla pul göndərib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Liviyanın devrilən və öldürülən prezidenti Müəmmar Qəddafidən qeyri-qanuni maliyyə almaq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Milli.Az xəbər verir ki, Sarkozinin seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyanın keçmiş liderindən milyonlarla avro aldığı iddia edilir.
"Guardian" yazır ki, bu, Fransa tarixində ən böyük siyasi-maliyyə qalmaqalı hesab olunur. Sarkozi və daha 12 nəfər, eləcə də keçmiş hökumətin üç naziri Qəddafidən külli miqdarda vəsait almaqda ittiham edilir.
Sarkozinin Qəddafidən pul alması ilə bağlı başlanan anti-korrupsiya tədqiqatı 10 il davam edib. Bu tədqiqat "korrupsiya sui-qəsdi" adlandırılıb. Araşdırmalara görə, Qəddafi Sarkozinin qalib gəldiyi 2007-ci il seçkilərini qeyri-qanuni şəkildə maliyyələşdirib. Pullar Parisdəki nazirlik binalarına çamadanlarda nağd şəkildə çatdırılıbmış.
Bu iddiaları araşdıracaq məhkəmə Liviyanın verilən pullar qarşılığında Sarkozidən diplomatik, hüquqi və biznes xidmətləri tələb edib-etmədiyini də nəzərdən keçirəcək. Məhkəmə prosesi üç ay ərzində davam edəcək.
Məlumatlara görə, Sarkozi 2005-ci ildə daxili işlər naziri kimi Liviyada Qəddafinin nümayəndələri ilə görüşüb. 2007-ci ildə Sarkozi Fransa prezidenti olduqdan qısa müddət sonra Qəddafi uzunmüddətli dövlət səfəri üçün Parisə dəvət edilib və Liviya lideri Yelisey sarayı yaxınlığındakı bağlarda bədəvi çadırı qurması ilə yadda qalıb. Sarkozi 1980-ci illərdə "dövlət terrorizminin sponsoru" ittihamına görə münasibətlərin dondurulduğu Qəddafini Qərbdə qəbul edən ilk lider olub. Lakin 2011-ci ildə Qəddafiyə qarşı üsynalar başlayanda Sarkozi NATO-nun Liviyaya müdaxilə hərəkatına Fransa qüvvələrini aktiv şəkildə daxil etdi. Həmin ilin oktyabr ayında Qəddafi üsyançılar tərəfindən əsir götürüldü və vəşhicəsinə öldürüldü.
Məhkəmə irəli sürülən ittihamları təsdiq edərsə, Sarkozini, onun hökumətində yer almış Klod Queantı və Brice Hortefeni 10 il həbs cəzası gözləyir. Müttəhimlər kürsüsündə Sarkozi hökumətində büdcə naziri olmuş, hazırda Emmanuel Makronun mərkəzçi partiyasından deputat olan Erik Vert də var. /Publika.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





