Dünya

Bu uşaq bir həftədir quyuya düşüb, çıxara bilmirlər - FOTO

30 Dekabr 2024 16:23
Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın şimal-qərbində yerləşən Racastan ştatında mədən quyusuna düşən qızı xilas etmək üçün xilasedicilər artıq bir həftəyə yaxındır səy göstərirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, quyuya düşən üç yaşlı Çetnanın xilas edilməsi əməliyyatı artıq altıncı gündür davam edir. Qız 200 metrdən artıq dərinliyi olan quyunun 45 metrliyində qalıb. Çetna təxminən 130 saat qidasız qalıb və beş gündür hərəkət əlamətləri göstərmir.

Hazırda xilasetmə əməliyyatı yekun mərhələdədir. Mütəxəssislər 50 metrdən artıq dərinliyə qədər qazıntı işləri apara biliblər. Xilasedicilər Çetnanın olduğu quyuya doğru tunel formalaşdırmağa çalışırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.