ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə Ukraynaya 1,25 milyard dollar dəyərində hərbi yardım göndərəcəyini açıqlayacağı gözlənilir.
Milli.Az Tass-a istinadən xəbər verir ki, Kiyevə göndəriləcək yeni yardım paketində Milli Qabaqcıl Yer-Hava Raket Sistemləri (NASAMS) və HAWK hava hücumundan müdafiə sistemi də daxil olmaqla əhəmiyyətli miqdarda sursat olacaq. Həmçinin, Stinger raketləri və 155 mm və 105 mm-lik artilleriya mərmiləri də göndəriləcək.
Rəsmilər paketlə bağlı daha çox detalın bazar ertəsi günü açıqlanacağını bildirsələr də, hələlik anonimlik şərti ilə danışaraq ictimaiyyətə açıqlanmayacaq məlumatları təqdim ediblər.
Nərmin
Milli.Az