Dünya

Suriyanın Əsəddən sonraki qızıl ehiyatı açıqlandı - Nə qədər qalıb?

17 Dekabr 2024 16:35
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsəddən sonra Suriyanın nə qədər qızılının qaldığı məlum olub

Suriya Mərkəzi Bankının saxlancında təxminən 26 ton qızıl qalıb. Bu rəqəm 2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəlki göstəriciyə yaxındır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hazırkı bazar qiymətləri ilə Suriyanın qızıl ehtiyatının dəyəri 2.2 milyard dollar təşkil edir.

2011-ci ilin iyununda Ümumdünya Qızıl Şurasının məlumatına əsasən, Suriyanın ehtiyatlarında 25.8 ton qiymətli metal olub. Reuters-in mənbələri bildiriblər ki, qarətçilər qısa müddətlik Suriya Mərkəzi Bankının bəzi şöbələrinə daxil olsalar da, əsas saxlanca çata bilməyiblər. Saxlanc partlayışlardan qorunur və açılması üçün kod kombinasiyası və müxtəlif şəxslərdə saxlanan üç açar tələb olunur.

Lakin mənbələrə görə, ölkənin valyuta ehtiyatları azalıb və hazırda 200 milyon dollara yaxındır. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, 2010-cu ildə Suriyanın valyuta ehtiyatı 18.5 milyard dollar olub. Lakin vətəndaş müharibəsi səbəbindən ehtiyatların böyük hissəsi ərzaq, yanacaq və silah alınmasına xərclənib.

Dekabrın 8-də müxalif qüvvələr Dəməşqə daxil olub və Bəşər Əsədin devrildiyini elan ediblər. Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb. Onun təxliyəsini Rusiya tərəfi təşkil edib.

Financial Times-ın məlumatına görə, 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı Moskvaya ümumilikdə 250 milyon dollar məbləğində vəsait göndərib. Bundan əlavə, Əsəd ailəsinin və Məhluf ailəsinin Moskvada ümumilikdə 40 milyon dollarlıq elit daşınmaz əmlaka sahib olduğu bildirilir.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.