Dünya

Suriyanın yeni lideri dünyaya çağırış etdi

17 Dekabr 2024 07:52
Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Qərb ölkələrinə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Ölkəmizdən bütün məhdudiyyətlərin götürülməsinə çağırırıq ki, dirçələ bilək. Hazırda ölkəni tərk edən cəllada qarşı sanksiyalar tətbiq edilib. Suriyada bütün sakinlərə xidmət edən ictimai qurumlar yaratmaq prioritet olmalıdır".

Jurnalistlərə görüşdə, o, hərbi forma deyil, boz kostyum və mavi köynək geyinib. İçəriyə mobil telefonlar və səsyazma cihazları buraxılmayıb. 

Əl-Şaraa geyimindəki dəyişikliyi ilə bağlı suala belə cavab verib: "Döyüş olduğu üçün biz hərbi geyimdə idik. Mülki görüşlərimiz olanda mülki geyim geyinirik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.