Türkiyədə bu şəxslərin sosial mediaya girişi qadağan edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə 13 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq üçün araşdırma başlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinaədn xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Uşaq Hüquqları Komissiyası da məsələ üzərində işləyir. Dünyada nümunəvi olan təcrübələrə görə, 13 yaşından kiçik uşaqlar valideynlərinin icazəsi ilə telefondan istifadə edə bilər və ya yalnız günün müəyyən saatlarında telefondan istifadə etməyə icazə verilir. Bəzi sosial media platformaları da bu yaşda olan uşaqların girişini qadağan edir.
Türkiyə də sosial media platformalarında uşaqları təhlükələrdən qorumaq üçün həll yolları axtarır.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTQ) 13 yaşından kiçik uşaqların sosial media proqramlarına və sosial şəbəkələrə daxil olmasını qadağan etmək üçün araşdırma başlayıb.
16 yaşından kiçik uşaqlar artıq qanuna salınmaq üzərədir.
Bəs dünyada nümunələr necədir?
- Çində 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsi ilə sosial media hesabı açması tələb olunur. Çində saat 22.00-dan 06.00-a qədər mobil cihazlara və internetə giriş də qadağandır.
- ABŞ-ın bəzi ştatlarında 14 yaşından kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun təsdiqlənib. 2025-ci ildən qanun qüvvədə olacaq.
- Fransada 15 yaşdan aşağı olanlar sosial şəbəkələrə daxil olmaq üçün valideyn icazəsi tələb edir.
- Cənubi Koreyada 16 yaşından kiçik uşaqlar üçün gecə saat 24.00-dan 06.00-a qədər onlayn oyun oynamaq qadağandır.
- Böyük Britaniyada yaşı 13-dən aşağı olan insanlar onlayn platformalarda hesab açmaqla məhdudlaşır.
- Rusiyada yaşı 13-dən aşağı olan insanlar onlayn platformalarda hesab açmaqla məhdudlaşır.
- İtaliyada 14 yaşından kiçik şəxslərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır.
- Avstraliyada 14 yaşdan kiçik insanlar üçün sosial media qadağası var. Qadağaya əməl etməyənlərə qarşı ciddi cəzalar və sanksiyalar tətbiq olunur.
- Yunanıstanda uşaqların sosial mediadan istifadəsi ilə bağlı araşdırma aparılır.
- İrlandiyada yaşı 16-dan aşağı olanların smartfonlardan istifadəsinə tam qadağa qoyulması müzakirə olunur.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu





