Dünya

Bu kənddə də delimitasiya aparılmalıdır - Paşinyan

16 İyun 2024 21:09
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərhəd delimitasiyası Nerkin Handda da aparılmalıdır.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə (Zəngəzur) səfəri zamanı sərhədlərin delimitasiyası məsələsindən danışarkən deyib.

O, delimitasiyadan sonra Əskiparada quraşdırılan tikanlı məftilləri Nerkin Hand sakinlərinə misal çəkib.

"Əskiparada delimitasiyadan sonra indi vəziyyət belədir: hasar çəkilib, təhlükəsizlik təmin olunub, oradan nə inək, nə də adam keçməyəcək, gecələr insanlar rahat yatır. Camaat, burada da eyni şeyi etməliyik, çünki həll yolu budur", - deyə o, sakinlərlə söhbətində bildirib.

Qeyd edək ki, Nerkin Hand kəndi üç tərəfdən azərbaycanlıların əhatəsində olsa da, erməni sakinləri təhlükəsizlik məsələsində narahatlıq ifadə etməyiblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.