Dünya

Ukrayna XİN-dən tarixdə ilk - FOTO

2 May 2024 11:32
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Xarici İşlər Nazirliyi tarixdə ilk dəfə olaraq süni intellekt texnologiyasının köməkliyi ilə Viktoriya Şi adlı rəqəmsal şəxsiyyət yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən rəqəmsal şəxsiyyətin vəzifəsi KİV üçün konsulluq məlumatlarını rəsmi olaraq şərh etməkdən ibarət olacaq. 

Bildirilir ki, konsulluq məsələləri üzrə Ukrayna XİN-in virtual nümayəndəsi real insan - ukraynalı müğənni və influenser Rozali Nombrenin prototipi əsasında yaradılıb. Nombre bu layihədə ödənişsiz olaraq iştirak etməyə razılıq verib. 

Məlumata görə, konsulluq nümayəndəsi Viktoriya Şi ilə Rozali Nombrenin real prototipi iki tamam fərqli şəxslər olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.