Rusiyada benzin qıtlığı yarana bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiyanın neft emalı sənayesi yayda ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üz-üzədir".
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəis müavini Serqey Kondratiyevin "Forbes" jurnalında dərc edilən yazısında göstərilib.
Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmiri çətinləşdirir. Bundan əlavə, dron hücumlarının tezliyi müəssisələrə dəyən ziyanın sayını artırır.
"Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Amma təmir və modernləşdirmə ilə bağlı problemlərə görə, yayda ölkənin daxili bazarında benzin qıtlığı yarana bilər".
Ötən il Rusiya 275 milyon ton neft emal edib. Daxili bazar istehsal olunan benzinin 86-90%-ni, təyyarə yanacağının 80-85%-ni, dizel yanacağının 50-60%-ni alırdı. Ekspert qeyd edib ki, yerli zavodlar xaricdən gətirilən avadanlıqlardan çox asılıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Rusiyadan 17 387 ton "Aİ-92" markalı, 40 261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64 976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86 000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2 000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Pezeşkian Rusiyaya gedəcək
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
XƏBƏR LENTİ
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın





