Dünya

ABŞ və İsrail müdafiə nazirləri Qəzzanı müzakirə ediblər

29 Dekabr 2023 08:41
Baxış: 544
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant telefon danışığında Qəzza zolağında vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərə hazırlığı müzakirə ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

P.Rayder qeyd edib ki, L.Ostin və Y.Qalant "İsrailin Qəzzada hərbi kampaniyası və genişmiqyaslı hərbi əməliyyatlardan sonra gələcək sabitləşmə mərhələsinə hazırlıqları" müzakirə ediblər.

"Nazir [Ostin] ABŞ-ın İsrailin təhlükəsizliyinə HƏMAS tərəfindən daha təhdid edilməməsini təmin etmək əzmində olduğunu bir daha təsdiqlədi və həmçinin Qəzzadakı mülki əhalinin qorunmasının və humanitar yardımın sürətləndirilməsinin vacibliyini vurğuladı", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.