Dünya

Hamıya əsl sevginin nə olduğunu sübut etdilər - FOTOlar

28 Oktyabr 2023 18:41
Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alex və Nuh sevgi hekayələri ilə hər kəsi təəccübləndirib. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onurğa əzələlərinin atrofiyası adlanan nadir bir xəstəliklə mübarizə aparan Aleks Nuhla tanışlıq proqramında tanış olub.

Elə onların sevgi hekayəsi buradan başlayıb.

Aleks və Nuh səmimi şəkildə etiraf edirlər ki, ailələrinin birliyi ilə bağlı ikisinin də ilkin şübhələri olub.

Nuhun ailəsi isə onun əlil bir insanla münasibətini anlamaqda çətinlik çəkirmiş. Hətta buna qarşı çıxıblar. Lakin zaman keçdikcə və onlar Aleksi tanıdıqca, şübhələri tədricən öz yerini xeyirxahlığa verib. Artıq  bir müddət sonra onlar da Aleksi sevməyə başlayıb.

Cütlük 7 ay sonra körpə xəbəri alıb. 

Ancaq əlilliyinə görə bütün hamiləlik nə Aleks üçün, nə də gecə-gündüz yanında qalmalı olan Nuh üçün asan keçməyib.

Düzgün tarazlığı saxlamaq asan deyildi, lakin sübut etdilər ki, yanınızda olan doğru insanlarla hər şeyin öhdəsindən gəlmək olar.

Aleksin vəziyyətinə görə özünəməxsus çətinlikləri var idi. Doğuş zamanı o, intubasiya edilməli idi, bu, onun üçün riskli idi. Lakin o, körpəsinin sağlam olacağına əmin olmaq üçün mümkün olan hər şeyi edib. Elə də olub.

Onların körpəsi sağlam şəkildə dünyaya gəlib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.