Türkiyə qazandı!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəcəb Təyyib Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı "altılı masa"nın Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu zəfərə daşımağa gücü yetmədi. Haqq-ədalət qələbə çaldı. Türkiyə xalqı təkcə Türkiyənin yox, Türk Dünyasının uzun vədəlik müqəddəratını həll etdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, nəticədə Rəcəb Tayyib Ərdoğan 52 % səslə prezident seçkilərinin ikinci turunun-həlledici mərhələnin qalibi olmaqla Türkiyənin yenidən dövlət başçısı seçildi. Türkiyə siyasətində yeni Ərdoğan dövrü başlayır.
Türkiyənin və Türk Dünyasının liderini bu qələbə münasibəti ilə ilk təbrik edən də elə məhz qardaşı gözlənilən kimi Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək. Bəli, bu belə də olacaq. Türkiyə və Türk Dünyası daha da güclənmək yolunda çox həlledici bir mərhələyə başlayır.
Rəcəb Təyyub Ərdoğanın qarşısında daha mürəkkəb vəzifələr var. Ona bundan sonra olacaq təzyiqlər indikindən bəlkə də daha çox olacaq. Amma bu Ərdoğan üçün ilk sınaq deyil. O artıq 20 ildən çoxdur istər daxildəki, istərsə də xaricdəki düşmənlərin müxtəlif təzyiqlərini, hücumlarını çox müdrikcəsinə dəf edərək həm ölkənin milli maraqlarını qorumağı bacardı, həm də bu illər ərzində Türkiyəni dünyanın lider ölkələri sırasına qaldırdı.
Azərbaycana gəldikdə bu müttəfiqlik indən belə daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Buna görə də Ərdoğanın qələbəsi Türkiyənin düşmənləri ilə yanaşı Azərbaycanın düşmənlərini də məyus etdi. Çünki bu regionda hegemonluq eşqinə düşən, mövcud reallıqları dəyişmək xülyası ilə alışıb-yanan qüvvələr, aktorlar bundan sonra da Cənubi Qafqazda Əliyev-Ərdoğan faktoru ilə əvvəlki tək hesablaşmalı olacaq. Təbii ki, Türkiyədə demokratiya, milli iradə qələbə qazandı. Bu seçki elə demokratiyanın mübarizəsi idi. Nəticə isə hər şeyi deyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Yay mövsümündə əhali Bakıdan ən çox hansı istiqamətlərə uçurlar?
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
PSJ Olise üçün hərəkətə keçdi
-
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
-
Novxanı və Xırdalanın bəzi ərazilərində qaz kəsilib
-
Kəmalə Günəşli: "Oğlumdan əl çəkin!"
-
ABŞ vizası ala bilməyənlərə pulsuz televizor verdilər - FOTO
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi
-
Ağdaşda ildırım düşən yük avtomobili yandı
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Şir, Xərçəng və Qoç BÜRCləri üçün şanslı dövr başlayır
-
Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO





