Dünya

Kanada Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayırıb

14 Noyabr 2022 23:28
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo İndoneziyada keçirilən G20 sammitində bildirib.

"Bu əlavə hərbi yardım Vladimir Putinin hücumuna qarşı cəsarətlə vuruşan ukraynalıları dəstəkləyəcək, eyni zamanda müharibə əməllərini dəstəkləyənlər üzərində əlavə təzyiq yaradacaq", - deyə Trüdo bildirib.

Kanada federal hökuməti hərbi yardımın müşahidə və kommunikasiya avadanlıqlarına, yanacaq və tibbi vasitələrə sərf ediləcəyini bəyan edib.

Baş nazir Trüdo, bundan başqa Kanadanın daha 23 rusiyalını sanskiyalar siyahısına əlavə etdiyini açıqlayıb.

Qeyd olunub ki, bunlar "Rusiyanın müxalifət liderlərinə qarşı sistematik insan haqları pozuntuları"nda iştirak edən ədliyyə və təhlükəsizlik aparatının nümayəndələridir.

Kanada bu ilin fevralında Ukraynada müharibə başladıqdan sonra 1400-dən çox rusiyalıya sanksiya tətbiq edib. Kanada Baş nazirinin ofisi bu vaxtadək Ukraynaya 3,4 milyard dollar həcmində yardım edildiyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.