Dünya

İtaliyada güclü zəlzələ olub

9 Noyabr 2022 12:17
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın şərq sahillərində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında qeydə alının zəlzələ Ankona, Rimini, Florensiya şəhərlərində, o cümlədən, daha az şiddətdə paytaxt Romada hiss edilib.

Qeyd olunur ki, təkanlar nəticəsində ciddi fəsadlar qeydə alınmasa da, bəzi yaşayış məntəqələrində insanlar evləri tərk edib. Ankona şəhərindən Romaya gedən dəmiryol xəttində hərəkət dayandırılıb. Zəlzələ bölgəsində qatar reysləri təxirə salınıb.

Marke vilayətində təhsil müəssisələrində dərslər dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.