Dünya

81 yaşlı kişi əlil həyat yoldaşına qulluq etməkdən yorulub və onu suda boğub

9 Noyabr 2022 13:17
Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Honsyu adasının Kanaqava prefekturasının sakini, 81 yaşlı Xiroşi Fucivara 79 yaşlı əlil həyat yoldaşından qurtulmaq qərarına gəlib və onu suda boğub.

Milli.Az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Çərşənbə günü, noyabrın 2-də yaponiyalı kişi qadını əlil arabasına mindirərək, Oiso kəndindəkin yanında olan dənizə gətirib və suya itələyib. Bundan sonra Fujivara evə qayıdıb və böyük oğluna etdiklərini etiraf edib, o isə dərhal polisə müraciət edib. Suda qadın cəsədini görən balıqçı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlayıb.

Zərərçəkmiş xəstəxanaya aparılıb, həkimlər onun öldüyünü bildiriblər. Yoldaşı həbs edilib, günahını boynuna alıb və əməlini "40 il əlil arvadına qulluq etməkdən yorulması" ilə izah edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.