Dünya

Tbilisidə fəvvarədə uşaqları cərəyan vurdu, ölən var

14 Oktyabr 2022 07:55
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə yeni açılan parkların birində bədbəxt hadisə baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Vake parkında oynayan uşaqlar fəvvarəyə düşən topu çıxarmaq istəyərkən onları elektrik cərəyanı vurub. Nəticədə 3 uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan 13 yaşlı qız dünyasını dəyişib. 

Qeyd olunur ki, fəvvarə təmirə bağlı olub. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 240-cı maddəsinin (obyektin təhlükəsizlik qaydasının pozulması) bəndi əsasında istintaq başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.