Dünya

İGB Cənub-Şərqi Avropanın enerji xəritəsini kökündən dəyişəcək - Yunanıstanın Baş naziri

2 Oktyabr 2022 09:14
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IGB İnterkonnektoru Yunanıstan və Bolqarıstanı daha da yaxınlaşdıracaq, Cənub-Şərqi Avropanın enerji xəritəsini kökündən dəyişdirəcək enerji körpüsüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Sofiyada IGB-nin kommersiya təqdimat mərasimində çıxışı zamanı deyib.

"IGB-nin kommersiya fəaliyyətinə başlaması təkcə Cənub-Şərqi Avropa üçün deyil, bütövlükdə Avropa üçün müstəsna bir məqamdır. Bu kəmər Balkanlardakı bütün ölkələr, eləcə də Avropa qitəsi üçün enerji təhlükəsizliyini və təchizat təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. İGB son illərdə hökumətlərimizin əməkdaşlığının və əlaqələndirilmiş səylərinin kulminasiya nöqtəsinə çevrildi. Bu kəmər vasitəsilə, Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycandan təbii qaz Bolqarıstana çatdırılacaq", - Mitsotakis deyib.

Baş nazir qeyd edib ki, İGB regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə etibarlı qaz şəbəkəsinin inkişafına töhfə verəcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.