Dünya

Hulusi Akar Yunanıstanı "pis qonşu" adlandırıb

29 Avqust 2022 21:58
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstan ordusu tərəfindən Egey dənizində, o cümlədən S-300 hava hücumundan müdafiə sistemlərinin istifadəsilə davam etdirilən təxribatları kəskin tənqid edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu H.Akar Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinə qarşı təxribatlara münasibət bildirərkən deyib.

"Bizim "pis qonşumuzun" hərəkətləri izahata ziddir. Onlar nəzərə alınmalıdır, qiymətləndirilməlidir. Bu cür təkəbbür və ehtiyatsızlıq yolverilməzdir", - deyə H.Akar bildirib.

Nazir qeyd edib ki, Türkiyə Yunanıstan tərəfinin heç bir təxribatçı addımını cavabsız qoymayacaq.

Onun sözlərinə görə, Afina bir sıra adalarda da silah yerləşdirir ki, bu da beynəlxalq "demilitarizasiya zonaları" statusuna ziddir.

H.Akar vurğulayıb ki, Qərb ölkələri Afinanın hərəkətlərinə reaksiya vermirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.