Dünya

Türkiyə hərbi təyyarələrinə qarşı təxribat törədilib

29 Avqust 2022 07:28
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan Silahlı Qüvvələri "S-300" hava hücumundan müdafiə sistemləri ilə Egey və Şərqi Aralıq dənizində missiya yerinə yetirən Türkiyə hərbi təyyarələrinə qarşı təxribat törədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. S-300 hava hücumundan müdafiə sistemləri Krit adasında quraşdırılıb.

Nazirlik bildirib ki, hadisə avqustun 23-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 hərbi təyyarəsi Egey dənizi və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçarkən baş verib.

Təxribata baxmayaraq, Türkiyə təyyarələri planlaşdırılan tapşırığı yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.