Dünya

Bu ölkədə keçmiş prezident korrupsiya faktlarını etiraf etdi

26 Avqust 2022 10:10
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürən Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva (2003-2010) lideri olduğu İşçi Partiyasında hakimiyyətdə olduğu illərdə korrupsiya faktlarını etiraf edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2018-2019-cu illərdə Lula da Silva korrupsiya ittihamı ilə 580 gün həbsdə qalıb və bu, onun o vaxtkı seçki yarışında iştirakına mane olub.

Eyni zamanda, Lula da Silva özü də həmişə günahsızlığından danışaraq, siyasi məqsədlər üçün ədalətdən sui-istifadənin qurbanı olduğunu bəyan edib.

O, dövlət başçısı seçiləcəyi təqdirdə, korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyinə, o cümlədən dövlət idarəçiliyində daha çox şəffaflığın təmin edilməsinə söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.