Dünya

G7 sammitinə 145 milyon dollar xərclənəcək

24 Avqust 2022 10:02
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Xarici İşlər Nazirliyi 2023-cü maliyyə ili (2023-cü il aprelin 1-dən başlayır) üçün büdcə sorğusuna 19,9 milyard yen (təxminən 145 milyon dollar) təşkil edəcək G7 sammitinə ev sahibliyi etmək xərclərini daxil etməyi planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bundan əlavə, departament nüvə silahı olmayan dünya konsepsiyasını təbliğ etmək məqsədilə gənclərin nümayəndələrinin Xirosima və Naqasakiyə səfərlərinin təşkili üçün 1,2 milyard yen (təxminən 8,7 milyon dollar) istəmək niyyətindədir.

Xirosima 2023-cü il mayın 19-dan 21-dək G7 sammitinə ev sahibliyi edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.