Dünya

“FTB mənim 3 pasportumu oğurladı” - Trampdan yeni iddia

16 Avqust 2022 08:50
1 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı evinə basqınla bağlı yeni açıqlama verib. Tramp iddia edib ki, Federal Təhqiqat Bürosu (FTB) evində axtarış apararkən onun 3 pasportunu oğurlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Donald Tramp bu haqda tviter hesabında paylaşım edib.

"Bu, ölkəmizdə siyasi rəqibə qarşı misli görünməmiş səviyyədə hücumdur. Üçüncü dünya ölkəsi", - Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 9-da keçmiş prezidentin Florida ştatındakı evində axtarış zamanı bəziləri çox məxfi olan 20 qutudan çox əşya tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.