Dünya

F-16 danışıqları davam edir

16 Avqust 2022 08:23
0 Şərh     Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti Vaşinqton və Ankaranın Türkiyəyə F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqlar apardığını bildirib, lakin Türkiyə hərbi heyətinin Vaşinqtona gəlişini təsdiqləməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

"Türkiyə NATO üzrə mühüm müttəfiqdir, Türkiyə mühüm rol oynamalıdır. Biz birbaşa Türkiyə hökuməti ilə danışıqlar aparırıq. Biz də onlar kimi Türkiyəni NATO ilə, NATO-nun müasir hərbi texnikası ilə uyğunlaşdırmağa yönəlmişik. Bu söhbətlər davam edir", - deyə N.Prays bildirib.

Lakin o, Türkiyə nümayəndə heyətinin Vaşinqtona gəlişini təsdiqləməyib: "Bu söhbətlər mütəmadi olaraq aparılır, mən konkret nümayəndə heyətindən danışa bilmərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.