Dünya

Bayden inanır ki, ABŞ və Hindistan...

15 Avqust 2022 09:15
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden Hindistanı ABŞ üçün əvəzolunmaz tərəfdaş kimi görür və inanır ki, iki ölkə "qaydalara əsaslanan nizamı müdafiə etmək" üçün birlikdə çalışacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Hindistanın Böyük Britaniyadan müstəqilliyinin 75-ci ildönümü ilə əlaqədar bildirib.

"Hindistan və ABŞ əvəzolunmaz tərəfdaşlardır və onlar arasındakı strateji tərəfdaşlıq qanunun aliliyinə və insan azadlığı və ləyaqətinin qorunmasına ortaq öhdəliyə əsaslanır" - deyə Bayden bildirib.

Bayden qeyd edib ki, ABŞ-da 4 milyona yaxın hind əsilli vətəndaş yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.