Dünya

Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub

11 Avqust 2022 08:22
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusunun əsgəri, 19 yaşlı Erik Karsyanın ölüm səbəbi məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, o, intihar edib. İstintaq Komitəsi E.Qarsayanın ölüm faktı ilə bağlı cinayət işinin başlandığını elan edib.

İlkin məlumata görə, o, özünə atəş açıb. Qeyd edilir ki, Qarsayan ona təhkim edilmiş AKM avtomatından döş qəfəsi nahiyəsinə atəş açıb.

Yaralı hərbi tibb məntəqəsinə aparılıb və onun öldüyü məlum olub.

Hazırda istintaq və digər əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bununla da avqustun 4-dən Ermənistanın qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı 4 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.