Dünya

Bu ölkədə sakinlərə qışa qədər şam və odun yığmağa tövsiyə edilib

8 Avqust 2022 08:40
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Elektrik Enerjisi üzrə Federal Komissiyasının (ElCom) prezidenti Verner Luginbühl həmvətənlərini qışa qədər şam və odun ehtiyatı toplamağa çağırıb.

Trend bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

O, xəbərdarlıq edib ki, ölkəni sərt qış gözləyir.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi istisna edilmir.

"Hər kəs bir neçə saat ərzində elektrik enerjisinin kəsilməsi halında nə edəcəyini düşünməlidir", - deyə o bildirib.

ElCom rəhbəri onu da qeyd edib ki, Avropa elektrik enerjisi və qazın geniş miqyaslı qıtlığı ilə üzləşmək riski altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.