Dünya

Əyləncə gecəsində faciə: Hovuz bölünərək 2 nəfəri "uddu" - VİDEO

25 İyul 2022 14:40
0 Şərh     Baxış: 32 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hovuz bir anda yarılıb və 2 nəfəri yaralayıb.

Milli.Az azxəbər-ə istinadən xəbər verir ki, İsraildə bir villanın hovuzunda insanlar çimərkən çuxur açılıb. Çuxura düşən 2 nəfərdən biri ölüb, biri isə yaralanaraq xilas edilib.

Dəhşətli hadisə ölkənin Şafela bölgəsində hovuzlu villada saxlanılan 50 nəfərə yaxın şəxsi ziyafətdə baş verib. Parti üzvləri hovuzda əylənərkən dəhşətli hadisə yaşanıb. Parti zamanı hovuzun dibi çöküb. Dəhşətli anlar mobil telefon kamerası ilə lentə alınıb. 

Hadisədən sonra 4 saat davam edən axtarışlar nəticəsində çuxura düşən şəxsin cansız cəsədi tapılıb. Digər şəxs isə hadisə nəticəsində ağır xəsarət alıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.